Elçin Məsiyev Avropa Liqasının oyununa təyinat aldı
İdman
235
10:18, Bu gün

Elçin Məsiyev Avropa Liqasının oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
 
Moderator.az xəbər verir ki, Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
 
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
 
Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.
 
Link kopyalandı!
Son xəbərlər