Çempionlar Liqası: 
İdman
758
09:40, Bu gün

Çempionlar Liqası: "Barselona" "Olimpiakos"a, "Arsenal" "Atletiko"ya qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün III tura start veriləcək.
 
Moderator.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
 
"Arsenal" evdə "Atletiko"nu, "Barselona" isə "Olimpiakos"u qəbul edəcək. "Qarabağ"ın rəqiblərindən "Napoli" səfərdə PSV-nin qonağı olacaq.
 
PSJ Almaniyada "Bayer 04"lə, "Mançester Siti" isə İspaniyada "Vilyarreal"la üz-üzə gələcək.
 
UEFA Çempionlar Liqası
 
Liqa mərhələsi
 
III tur
 
21 oktyabr
 
20:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)
 
20:45. "Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr)
 
23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)
 
23:00. "Bayer 04" (Almaniya) - PSJ (Fransa)
 
23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
 
23:00. PSV (Niderland) - "Napoli" (İtaliya)
 
23:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya)
 
23:00. "Yunion" (Belçika) - "İnter" (İtaliya)
 
23:00. "Nyukasl" (İngiltərə) - "Benfika" (Portuqaliya)
Link kopyalandı!
Son xəbərlər