Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib
İdman
312
20 Oct 2025 | 21:30

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

Moderator.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələyə gedən yolda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-dək davam edəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər