19:33
18°C
Bakı
Fransanın "Marsel" klubunun futbolçusu Meyson Qrinvud karyerasını İspaniyada davam etdirə bilər.
Moderator.az "TBR Football"a istinadən xəbər verir ki, "Barselona" 24 yaşlı hücumçu ilə maraqlanır.
Kataloniya təmsilçisinin skautları forvardı "Marsel"in "Havr"a qalib gəldiyi (6:2) qarşılaşmada da izləyib.
Qrinvud 2023/2024 mövsümündə icarə əsasında "Xetafe"də çıxış edərkən də "Barselona"nın diqqətini çəkib.
Qeyd edək ki, oyunçu cari mövsüm "Marsel" forması ilə 10 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.