19:37
18°C
Bakı
Seneqallı futbolçu Şeyk Ture cinayətkar qrup tərəfindən oğurlandıqdan sonra Qanada ölü tapılıb.
Moderator.az-ın məlumatına görə, bu barədə "De Telegraaf" qəzeti məlumat verib.
Qeyd olunub ki, 18 yaşlı oyunçu hədə-qorxu ilə pul tələb etmə və dələduzluq cinayətinin qurbanı olub. Mənbənin verdiyi məlumata görə, cinayətkarlar oyunçuya peşəkar klublardan birində sınaq keçməyi vəd ediblər. Ehtimal olunur ki, oğurlanmış futbolçunun ailəsindən onun azad edilməsi üçün böyük məbləğdə pul tələb edilib.
Qana hakimiyyəti hazırda ölümün dəqiq səbəbini müəyyən etməyə çalışır.