Arda Turan:
İdman
497
15:56, Bu gün

Arda Turan: "Azərbaycan millisinə böyük hörmətim var"

"Mənim üçün asan olmadı. Azərbaycan millisinə böyük hörmətim var".
 
Moderator.az xəbər verir ki, bu sözləri Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Arda Turan deyib.
 
Türkiyəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan görüşünə stadiondan baxdığını vurğulayıb:
 
"Mənim üçün asan olmadı. Azərbaycan millisinə böyük hörmətim var. Burada işləyirəm və özümü Ukrayna xalqının bir parçası kimi hiss edirəm. Həmin matçda Ukraynanı dəstəklədim. Ukrayna yığması İslandiya və Azərbaycana qarşı çox yaxşı oynadı".
 
Qeyd edək ki, Polşada keçirilən Ukrayna - Azərbaycan oyununda nominal meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.
 
Link kopyalandı!
Son xəbərlər