İdman
457
12:32, Bu gün

"Qarabağ"ın İspaniyaya səfər proqramı bəlli oldu - Kluba 600 bilet ayrılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
 
Onun sözlərinə görə, komanda bu gün, saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.
 
Oktyabrın 21-də, yerli vaxtla saat 18:15-də Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşqi təşkil olunacaq.
 
Sözügedən qarşılaşma üçün "Qarabağ"a 600 bilet ayrılıb və ilkin olaraq onlardan 400-ə yaxını satılıb.
 
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər