İdman
520
10:59, Bu gün

"Qürurla irəli!" — Bakıda V "Qələbə qaçışı" təşkil ediləcək

Noyabrın 2-də Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə tədbiri təşkil edəcək.
 
Moderator.az xəbər verir ki, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il olduğu kimi “Qürurla irəli” şüarı altında baş tutacaq. Tədbirin məqsədi - Azərbaycanın möhtəşəm qələbəsini ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını və dönməz iradəsini bir daha yada salmaqdır.
 
Qeyd edək ki, iştirak üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı ödənilməlidir. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
 
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.
 
Bununla yanaşı, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət göstərəcək. Burada qonaqları müxtəlif əyləncələr və maraqlı bayram abu-havası gözləyir.
 
Qaçış 2 noyabr 10:00-da start götürəcək.
 
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilir.
Link kopyalandı!
Son xəbərlər