Azərbaycanın daha iki cüdoçusu Qvadalaxara Qran-prisində qızıl medal qazandı
İdman
433
09:40, Bu gün

Azərbaycanın daha iki cüdoçusu Qvadalaxara Qran-prisində qızıl medal qazandı

Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.
 
Moderator.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin daha 3 üzvü fəxri kürsə çıxıb.
 
90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev çexiyalı Adam Kopeçkini məğlub edərək bürünc medal qazanıb.
 
100 kq-da mübarizə aparan Zelim Kotsoyev finalda italiyalı Cennaro Pirellini, Uşanqi Kokauri isə +100 kq-da çexiyalı Lukas Krpaleki üstələyərək qızıl medala sahib çıxıb.
 
Bununla da Azərbaycan millisi Qvadalaxara Qran-Prisininin ümumi komanda sıralamasını 9 medalla (6 qızıl, 3 bürünc) birinci pillədə bitirib.
 
Qeyd edək ki, cüdoçularımızdan daha əvvəl Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq) və Vüsal Qələndərzadə (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıblar.
 
Link kopyalandı!
Son xəbərlər