Bizi sosial şəbəkələrdən izləyin:
İspaniyanın "Barselona" futbol klubu Avropa Superliqası layihəsindən geri çəkilib.
Moderator.az xəbər verir ki, bu barədə klub prezidenti Xuan Laporta jurnalistlərə açıqlama verib.
"Səbəblər sadədir. Biz UEFA ilə Superliqa arasında əlaqə yaratmaq üzərində işləyirik. Çempionlar Liqasının formatındakı dəyişiklik turnirin ümumi formasını yaxşılaşdırıb ki, bu da gəlirin 20% artması deməkdir. Biz Superliqa layihəsini dəstəklədik, lakin UEFA çərçivəsində müsbət dinamikanı görürük. Yarışların idarə olunması və təşkili məsələsi istisna olmaqla, Superliqa çərçivəsindəki təkliflər UEFA tərəfindən qəbul edildi", - deyə Laporta bildirib.
Xatırladaq ki, Superliqa layihəsi 2021-ci il aprelin 19-da Avropanın 12 aparıcı klubu tərəfindən elan edilmişdi. Hazırda bu layihədə yalnız "Real Madrid" qalıb.