Mahir Emreli yenə heyətə daxil edilmədi
İdman
486
19 Oct 2025 | 17:45

Mahir Emreli yenə heyətə daxil edilmədi

Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern” almaniya çempionatında növbəti oyununa çıxıb.
 
Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir emreli bu dəfə də heyətə daxil edilməyib.
 
O, komandanın 23 nəfərlik iştirak ərizəsində yer almayıb.
 
Qeyd edək ki, Mahir Emreli çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə problemlər yaşamaqda davam edir. O, baş məşqçi Torsten Liberknextin “qara siyahı”sına düşüb. Alman çalışdırıcı komandanın israrla transfer etdiyi M.Emreliyə şans vermək niyyətində deyil.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər