İdman
251
17:35, Bu gün

"Neftçi" Hakim Ziyeşlə danışıqlar aparır? - RƏSMİ AÇIQLAMA

Məşhur futbolçu Hakim Ziyeşin "Neftçi"yə transferi ilə bağlı xəbərlər yayılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
 
"Neftçi" klubunun Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hakim Ziyeşlə danışıqlar aparılmır və rəsmi təklif göndərilməyib.
 
Qeyd edək ki, 32 yaşlı mərakeşli futbolçu karyerasında "Ayaks", "Çelsi", "Qalatasaray" kimi klublarda forma geyinib. Son olaraq Ərəbistanın "Əl-Duxail" komandasında oynayan Hakim Ziyeş bu ilin iyul ayından etibarən klubsuz qalıb.
 
Link kopyalandı!
Son xəbərlər