FİFA ofsayd qaydasını dəyişir
İdman
461
16:55, Bu gün

FİFA ofsayd qaydasını dəyişir

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il dünya çempionatı öncəsi ofsayd qaydasını dəyişməyi düşünür.
 
Moderator.az xəbər verir ki, yeni mətndə nəzərdə tutulub ki, oyunçu yalnız bütün bədəni topdan və sonuncudan ikinci olan müdafiəçidən daha çox rəqibin qapısına yaxın olduqda ofsayd hesab ediləcək.
 
Təklif olunan dəyişiklik oyunçunun bədəninin bir hissəsinə əsaslanaraq ofsaydın müəyyən edildiyi mübahisəli vəziyyətləri aradan qaldırmaqla hakimliyi asanlaşdırmaq məqsədi daşıyır. Qayda dəyişikliyi ilə bağlı yekun qərarın 2026-cı ilin martında FİFA Konqresində qəbul ediləcəyi gözlənilir.
 
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər