Noyer Almaniya Bundesliqasında rekord qırdı
İdman
274
16:06, Bu gün

Noyer Almaniya Bundesliqasında rekord qırdı

"Bavariya" klubunun qapıçısı Manuel Noyer Almaniya Bundesliqasında qələbələrin sayına görə yeni rekord müəyyənləşdirib.
 
Moderator.az "Sport-express" nəşrinə istinadən xəbər verir ki, bu, Münhen təmsilçisinin ölkə çempionatının 7-ci turunda evdə "Borussiya Dortmund"u 2:1 hesabı ilə məğlub etdikdən sonra mümkün olub.
 
Qalibiyyət Noyer üçün Bundesliqada sayca 363-cü qələbə olub. 39 yaşlı qapıçı bu göstəricidə "Bavariya"nın keçmiş hücumçusu Tomas Müllerin rekordunu (362) qırıb.
 
Bu rekordu qırmaq üçün Noyer 530 matç keçirməli olub. O, indiyədək "Bavariya" ilə 571, "Şalke" ilə 203 matça çıxıb.
Link kopyalandı!
Son xəbərlər