Azərbaycan amputant yığması Millətlər Liqasında növbəti qələbəsini qazandı
İdman
388
13:30, Bu gün

Azərbaycan amputant yığması Millətlər Liqasında növbəti qələbəsini qazandı

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.
 
Moderator.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gəlib.
 
"Bayıl Arena" stadionunda baş tutan görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib.
 
Yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev rəqib komandanın qapısından keçirib.
 
Qeyd edək ki, milli daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz heç-heçəyə razılaşıb. Komanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Link kopyalandı!
Son xəbərlər