Bizi sosial şəbəkələrdən izləyin:
"Barselona" İspaniya La Liqasında evdə "Jirona"nı 2:1 hesabı ilə məğlub etməklə bütün dövrlərin klub rekordunu müəyyənləşdirib.
Moderator.az bu barədə "Euro-Football" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, bu qələbə ilə Kataloniya təmsilçisi ardıcıl 47 rəsmi görüşdə meydanı qollu tərk edir və bu nəticə klub üçün rekord göstəricidir.
Qeyd edilir ki, "Barselona"nın qol vura bilmədiyi sonuncu rəsmi oyun ötən ilin dekabrında keçirilib.
Həmin vaxt katalonlar "Leqanes"ə 0:1 hesabı ilə uduzmuşdular.