İdman
385
18 Oct 2025 | 22:30

"Formula-1" ABŞ Qran-prisində sprint yarışının qalibi bəlli oldu

"Red Bull" pilotu, hazırkı dünya çempionu Maks Ferstappen "Formula-1" ABŞ Qran-prisinin sprint yarışında qələbə qazanıb.

Moderator.az-ın məlumatına görə, "Mercedes" pilotu Corc Rassell ikinci, "Uilyams" pilotu Karlos Sayns isə üçüncü olub.

Hər iki "Mаklaren" pilotu (Lando Norris və Oskar Piastri) ilk dəqiqələrdə "Aston Martin" pilotu Fernando Alonso və "Zauber" pilotu Niko Hülkenberqin iştirakı ilə baş vermiş qəzadan sonra yarışı tərk ediblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər