00:06
15°C
Bakı
Fransa yığmasının "Real Madrid"də çıxış edən ulduz futbolçusu sağ topuğundakı zədəsini sağaldıb.
Moderator.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin baş məşqçisi Xabi Alonso mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, forvard İspaniya çempionatında sabah "Xetafe" ilə səfər matçında meydana çıxa bilər.
Qeyd edək ki, Mbappe zədə səbəbindən dünya çempionatının seçmə mərhələsində İslandiya ilə matçı (2:2) buraxmalı olub.