18:29
18°C
Bakı
İspaniyanın "Real" klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappenin zədəsi sağalıb.
Moderator.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu La Liqanın IX turunda "Xetafe" ilə matçda meydana çıxmağa hazırdır.
Millinin düşərgəsində olarkən topuğundan zədələnən Mbappenin kollektiv məşqlərə qoşulduğu bildirilib.
Qeyd edək ki, "Xetafe" - "Real" oyunu oktyabrın 19-da keçiriləcək.