Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək
İdman
1350
18 Oct 2025 | 14:10

Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək

Azərbaycanın qadın boksçulardan ibarət millisi Türkiyəyə yollanıb.

Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komanda oktyabrın 27-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.

Məşqçilər korpusu hazırlığa Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər