21:51
17°C
Bakı
Fransanın PSJ klubu "Barselona"nın (İspaniya) 18 yaşlı futbolçusu Lamin Yamalı rekord məbləğ qarşılığında transfer etmək istəyir.
Moderator.az "Goal"a istinadən xəbər verir ki, Paris təmsilçisi gənc futbolçu üçün 277 milyon dollar ödəməyə hazırdır.
Yamalın Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir və anlaşmasında 1 milyard dollar məbləğində sərbəst qalma bəndi var. Buna baxmayaraq Fransa təmsilçisi İspaniya klubunun üzvü ilə ciddi şəkildə maraqlanır.
PSJ nümayəndələri-nin artıq danışıqlara başladıqları, hələlik rəsmi təklif irəli sürmədikləri bildirilir.
Qeyd edək ki, L.Yamal cari mövsümdə "Barselona"nın heyətində keçirdiyi 5 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.