İdman
242
15:50, Bu gün

"Turan Tovuz" "Qarabağ"la oyuna neçə itki ilə çıxacaq?

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində bu gün nominal meydan sahibi qismində "Qarabağ"la qarşılaşacaq "Turan Tovuz"un "Azərsun Arena"dakı matça neçə itki ilə çıxacağı bəlli olub.
 
Bu barədə Fanat.az-a qərb təmsilçisinin sözçüsü Süleyman Tağıyev məlumat verib.
 
"Cəzalı oyunçu yoxdur. David Oliveyra Tavareş zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq".
 
Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" qarşılaşmasının start fiti 19:00-da səsləndiriləcək. Hazırda 7 oyuna 15 xal toplayan "boz qurdlar" turnir cədvəlinin 1-ci, bir oyun az keçirən "köhlənlər" isə 3-cü pilləsində mövqe tutublar.
 
Link kopyalandı!
Son xəbərlər