“Futbolçularımız həyəcanlı idi” - Millimizin baş məşqçisi
İdman
1889
17 Oct 2025 | 15:20

“Futbolçularımız həyəcanlı idi” - Millimizin baş məşqçisi

“İlk oyun olduğu üçün futbolçularımız həyəcanlı idi”.
 
Moderator.az xəbər verir ki, bunu amputant futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Ramil Həbibov Bakıda Belçikanı 3:0 hesabı ilə məğlub etdikləri Millətlər Liqasının C qrupunun oyunundan sonra deyib.
 
O, komandasının turnirdəki hədəfini açıqlayıb: “Komandadan gözləntimiz birinci olmaqdır. 4 oyunun hamısında qələbə qazanmaq istəyirik. Futbolçularımın fiziki durumu çox yaxşıdır. Bu turnirdən sonra daxili çempionatımız da keçiriləcək”.
 
Qeyd edək ki, millimiz növbəti matçı İsrailə qarşı keçirəcək.
 
Link kopyalandı!
Son xəbərlər