Azərbaycan yığması Millətlər Liqasına qələbə ilə başladı
İdman
1881
17 Oct 2025 | 15:05

Azərbaycan yığması Millətlər Liqasına qələbə ilə başladı

Azərbaycanın amputant futbolçulardan ibarət millisi Millətlər Liqasının C qrupunda keçirdiyi ilk matçda qələbə qazanıb.
 
Moderator.az xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Belçika yığması ilə üz-üzə gəlib.
 
"Bayıl Arena" stadionunda baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Yığmanın heyətində Sənan Hacıyev və Fərhad Əyyubov (2 qol) fərqləniblər.
 
Qeyd edək ki, yığma sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər