Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”la qarşılaşacaq
İdman
250
09:24, Bu gün

Premyer Liqa: “Qarabağ” “Turan Tovuz”la qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
 
Əvvəlcə “Şamaxı" “Kəpəz"i qəbul edəcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
 
7 turdan sonra "Şamaxı" 9 xalla 7-ci pillədə qərarlaşıb. Xalı olmayan “Kəpəz” sonuncudur.
 
Günün digər matçında "Turan Tovuz" "Qarabağ"ı qəbul edəcək. Baş hakim Elçin Məsiyevin idarə edəcəyi oyun Ağdam təmsilçisinə məxsus "Azersun Arena"da keçiriləcək, lakin nominal meydan sahibi Tovuz komandası olacaq.
 
"Turan Tovuz" 7 oyundan 15 xal toplayaraq 1-ci, "Qarabağ" 6 oyundan 13 xalla 3-cü sıradadır.
 
Azərbaycan Premyer Liqası
 
VIII tur
 
17 oktyabr
 
14:30. “Şamaxı”– “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı şəhər stadionu.
 
19:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”.
Link kopyalandı!
Son xəbərlər