Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqası oyunlarının təqvimi açıqlandı
İdman
429
14:20, Bu gün

Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqası oyunlarının təqvimi açıqlandı

Bakıda keçiriləcək amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarının təqvimi açıqlanıb.
 
Moderator.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 17-də startı veriləcək və üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.
 
17 oktyabr
 
13:00. Azərbaycan – Belçika
 
15:00. İsrail – Ukrayna
 
17:00. Niderland – Belçika
 
18 oktyabr
 
11:00. Ukrayna – Niderland
 
13:00. Azərbaycan – İsrail
 
15:00. Ukrayna – Belçika
 
17:00. İsrail – Niderland
 
19 oktyabr
 
11:00. Azərbaycan – Niderland
 
15:00. Belçika – İsrail
 
17:00. Azərbaycan - Ukrayna
 
Qeyd edək ki, turnirin bütün oyunları "Bayıl Arena"da keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər