Bizi sosial şəbəkələrdən izləyin:
Futbol üzrə İndoneziya millisinin baş məşqçisi Patrik Klyuvert istefaya göndərilib.
Moderator.az İndoneziya Futbol Assosiasiyasının rəsmi saytına istinadla xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu qərar komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsindən sonra verilib. Klyuvertin rəhbərlik etdiyi İndoneziya yığması Asiya zonasının dördüncü mərhələsinə qədər irəliləsə də, burada həm Səudiyyə Ərəbistanına (2:3), həm də İraqa (0:1) məğlub olub.
Niderlandlı mütəxəssis bu ilin yanvarından İndoneziya seçməsini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 8 oyunda 3 qələbə, 4 məğlubiyyətlə yadda qalıb.