Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin “Qalatasaray” klubu erməni futbolçu, “Krasnodar”ın kapitanı Eduard Spertsyana maraq göstərir.
Moderator.az “Ajansspor”a istinadən xəbər verir ki, klub 25 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində komandaya cəlb etmək niyyətindədir.
Məlumatda bildirilir ki, Spertsyanın “Krasnodar”la müqaviləsi mövsümün sonunda başa çatır və o, sözləşməni yeniləmək istəmir, Avropada karyerasını davam etdirməyi planlaşdırır.
Məhz bu səbəbdən İstanbul klubu artıq hərəkətə keçib. Yerli mediaya əsasən, “Qalatasaray” yanvarda “Krasnodar”a rəsmi təklif göndərərək transferi öncədən həll etmək istəyir.