Dünya çempionatı: Mərakeş Fransanı məğlub edib finala yüksəldi
İdman
804
10:45, Bu gün

Dünya çempionatı: Mərakeş Fransanı məğlub edib finala yüksəldi

Çində keçirən futbol üzrə gənclər arasında dünya çempionatının finalına Argentina və Mərakeş milli komandaları yüksəlib.
 
Moderator.az xəbər verir ki, yarımfinalda Argentina Kolumbiyanı 1:0 hesabı ilə məğlub edib.
 
Mərakeş və Fransa yığmalarının oyununda əsas vaxtda qalib müəyyənləşməyib (1:1). Penaltilər seriyasında ərəblər güclü rəqiblərini üstələyərək (5:4) finala vəsiqə qazanıblar.
 
Final oyunu oktyabrın 20-də baş tutacaq. Oktyabrın 18-də isə Kolumbiya və Fransa üçüncü yer uğrunda görüşdə qarşılaşacaq.
Link kopyalandı!
Son xəbərlər