Bizi sosial şəbəkələrdən izləyin:
“Barselona”nın kapitanı Aleksiya Putelyas qadınlar arasında Çempionlar Liqası tarixində ən çox qol vuran ispan futbolçu olub.
Moderator.az xəbər verir ki, 31 yaşlı oyunçu bu uğura “Roma”ya 4:0 hesabı ilə qalib gəldikləri oyunda penalti zərbəsindən vurduğu qolla nail olub.
Bununla da Putelyas hesabındakı qolların sayını 27-yə çatdıraraq Cenni Ermoso və Aytana Bonmatini (hər ikisi 26 qol) geridə qoyub.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2012-ci ildən Kataloniya təmsilçisinin formasını geyinir.