02:32
16°C
Bakı
Türkiyənin "Qalatasaray" klubu Ermənistan yığmasının və "Krasnodar"ın yarımmüdafiəçisi Eduard Spertsyanı heyətinə cəlb etməyə çalışır.
Moderator.az "Ajansspor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı futbolçunu yanvarda transfer etməyi planlaşdırıb. Futbolçunun "sarı-qırmızılar"ın baş məşqçisi Okan Burukun istəyi ilə transfer siyahısına salındığı vurğulanır.
Rusiyada çıxış edən futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Erməni oyunçunun Avropanın bir neçə tanınmış klublarının maraq dairəsində olduğu da bildirilir.
"Krasnodar"ın futbolçusunun transfer dəyəri təxminən 25 milyon avrodur.