Maradonanı
İdman
910
15 Oct 2025 | 18:50

Maradonanı "bağlayan" futbolçu vəfat etdi

İspaniyalı futbolçu Xose Manuel Espinosa vəfat edib.

Moderator.az xəbər verir ki, "Real Madrid", "Selta Viqo" və "Sportinq Xixon" klublarında çıxış etmiş idmançı xəstəlikdən 66 yaşında dünyasını dəyişib.

Espinosa "Real Madrid"in əsas komandasında oynasa da, 1982-ci ildə 23 yaşında "Sportinq Xixon"a transferi karyerasının dönüş nöqtəsi olub. O, ən yaxşı illərini məhz orada keçirib.

Futbolçunu əbədiləşdirən məqam isə 1984-cü il fevralın 12-də Dieqo Maradonaya qarşı mübarizəsi olub. Espinosa argentinalıya fərqlənmək üçün imkan verməyib. "Sportinq" Maradonanın "Barselona"sı ilə 0:0 hesablı heç-heçə etsə də, bu nəticə Xixonda qələbə kimi qeyd edilib.

Link kopyalandı!
Son xəbərlər