Lautaro Martines millidə vurduğu qolların sayında Maradonanı qabaqlayıb
İdman
181
16:14, Bu gün

Lautaro Martines millidə vurduğu qolların sayında Maradonanı qabaqlayıb

Argentina millisinin hücumçusu Lautaro Martines yığmanın beş ən sərrast futbolçuları sırasına daxil olub.

Moderator.az xəbər verir ki, 28 yaşlı hücumçu Puerto-Riko ilə yoldaşlıq görüşündə (6:0) iki dəfə fərqlənərək millinin heyətində 34-cü və 35-ci qollarını vurub.

Bununla da Martines əfsanəvi Dieqo Maradonanı (34 qol) qabaqlayıb və Ernan Krespoya (35) çatıb. O, yalnız Serxio Aquero (42), Qabriel Batistuta (54) və Lionel Messidən (114) geri qalır.

Link kopyalandı!
Son xəbərlər