Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Ukrayna ilə oyundan öncə komandadan göndərilib.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb onun millinin düşərgəsinə gec gəlməsi olub.
Belə ki, Azərbaycan yığma komandası Bakıda təlim-məşq toplanışına başlayarkən Renat Dadaşov düşərgəyə iki gün gec qoşulub. Baş məşqçi Ayxan Abbasov gec gəldiyinə görə ona xəbərdarlıq edib. Yaxşı hazırlıq keçməyən Renat Ukrayna ilə oyun üçün heyətə daxil edilməyib.
Dadaşov isə millinin matçını da izləməyərək klubu "Motor"un düşərgəsinə yollanıb.