DÇ-2026 seçmə mərhələsi: Türkiyə və İspaniyadan darmadağın, Portuqaliya bir xalla kifayətləndi
İdman
495
00:57, Bu gün

DÇ-2026 seçmə mərhələsi: Türkiyə və İspaniyadan darmadağın, Portuqaliya bir xalla kifayətləndi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində səkkiz qarşılaşma baş tutub.

Moderator.az xəbər verir ki, Türkiyə yığması ev matçında Gürcüstan millisi ilə üz-üzə gəlib. Hər iki ölkə prezidentlərinin izlədiyi görüşdə ay-ulduzlular qonaqların qapısından 4 top keçiriblər. Gürcülər bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 4:1.

İspaniya Bolqarıstanı sınağa çəkib. Pireney təmsilçisi 3 xalı 4 cavabsız qolla alıb - 4:0.

Günün daha bir maraqlı qarşılaşması Portuqaliyada keçirilib. Bu ölkənin milli komandası doğma azarkeşləri önündə Macarıstanı qəbul edib. Qarşılıqlı qollarla yadda qalan görüşdə qalibi müəyyən etmək mümkün olmayıb - 2:2.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Estoniya - Moldova 1:1;

İrlandiya - Ermənistan 1:0;

İtaliya - İsrail 3:0;

Andorra - Serbiya 1:3;

Latviya - İngiltərə 0:5.

 
Link kopyalandı!
Son xəbərlər