İdman
291
17:45, Bu gün

"Barselona"da Levandovski itkisi: Məşhur hücumçu "El-Klasiko"ya qədər sağalacaq?

"Barselona"nın və Polşa yığmasının hücumçusu Robert Levandovski milli komandanın düşərgəsində olarkən ciddi zədə alıb.

Moderator.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi məlumat yayıb.

Məlumata görə, 37 yaşlı forvard sol bud nahiyəsindən zədə alıb.

Klubdan bildirilib ki, polşalı hücumçunun bərpa prosesi müalicəsinin necə keçəcəyindən asılı olacaq.

Bir müddət yaşıl meydanlardan kənarda qalacaq təcrübəli futbolçunun oktyabrın 26-da keçiriləcək "El-Klasiko"da ("Real Madrid" - "Barselona") komandasına kömək edə biləcəyi gözlənilmir.

Qeyd edək ki, oktyabrın 12-də Polşa millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda Litvanı məğlub edib (2:0). Qollardan birini Levandovski vurub.

Link kopyalandı!
Son xəbərlər