00:50
11°C
Bakı
İspaniyanın "Barselona" klubu "Nant"ın (Fransa) müdafiəçisi Tilel Tatini transfer etmək istəyir.
Moderator.az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku rəqiblərini qabaqlamaq üçün 17 yaşlı futbolçunun transferi ilə bağlı qarşı tərəflə mümkün qədər qısa zamanda gəlməyə çalışır.
Müdafiəçi ilə həmçinin "Bayer 04" (Almaniya) və İngiltərənin bir neçə klubu da maraqlanır.
Qeyd edək ki, T.Tati 2023-cü ildə "Nant"ın akademiyasına qoşulub və bu yay əsas komandada debüt edib. O, Fransa çempionatında altı oyun keçirib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.