Mundialın final mərhələsinə adlayan 22-ci milli komanda məlum oldu
İdman
407
13 Oct 2025 | 23:00

Mundialın final mərhələsinə adlayan 22-ci milli komanda məlum oldu

Kabo-Verde milli komandası futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Esvatini yığmasını 3:0 hesabı ilə məğlub edərək, mundialın final mərhələsinə vəsiqə qazanıb.

Moderator.az bildirir ki, Afrika təmsilçisi qrupda 10 turdan sonra 23 xalla birinci yeri tutub.

Kabo-Verde milli komandası tarixində ilk dəfə dünya çempionatında oynayacaq.

O, mundialda iştirakını təmin edən 22-ci yığmadır. Daha əvvəl Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), həmçinin Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair və Qana komandaları bu hüququ əldə ediblər.

Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.

Link kopyalandı!
Son xəbərlər