Azərbaycanın qadın FIFA referisi UEFA-dan təyinat alıb
İdman
497
16:37, Bu gün

Azərbaycanın qadın FIFA referisi UEFA-dan təyinat alıb

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.

Moderator.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunda keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmalar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər