İbrahimoviç ona
İdman
558
05:22, Bu gün

İbrahimoviç ona "yox" deyən yeganə insanın adını çəkib

İsveç milli komandasının keçmiş hücumçusu Zlatan İbrahimoviç niyə evlənmədiyinə aydınlıq gətirib.

İbrahimoviç 20 ildən çoxdur iş xanımı və model Helena Seger ilə münasibətdədir.

Cütlüyün Maksimilian və Vinsent adlı iki övladı var.

"Mənim həyat yoldaşım? Mən evli deyiləm, çünki evlilik təklifi edəndə, o rədd etdi. O, dünyada mənə "yox" deyən yeganə insandır," - deyə İbrahimoviç vurğulayıb.

Xatırladaq ki, İbrahimoviç İsveç millisində 122 oyun keçirib və 62 qol vurub.

Link kopyalandı!
Son xəbərlər