03:29
0°C
Bakı
"Azərbaycanın futbol üzrə millisi Ukrayna yığmasını analiz edib".
Moderator.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev mətbuat konfransında deyib.
Cinah müdafiəçisi DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
"Sabah çox yaşı komandaya qarşı oynayacağıq. Müəyyən təlimatları almışıq, rəqibi analiz etmişik. Çox vaxtımız yox idi ki, bu oyuna hazırlaşaq. Amma sabahkı matça komanda olaraq yaxşı hazırlaşıb, tam konsentrasiya olub, maksimum nəticə nədirsə, onun üçün çalışacağıq".
Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.