Cerrard sabiq klubuna dönməkdən imtina etdi
İdman
1069
12 Oct 2025 | 18:00

Cerrard sabiq klubuna dönməkdən imtina etdi

Stiven Cerrard “Reyncers”in baş məşqçisi postuna qayıtmayacaq.

Moderator.az xəbər verir ki, bu barədə “Sky Sports News” məlumat yayıb.

Klub və məşqçi arasında baş məşqçi vəzifəsi ilə bağlı konstruktiv danışıqlar aparıblar. Mənbənin bildirdiyinə görə, Cerrard danışıqlardan sonra “Reyncers”ə qayıtmaqdan imtina edib. Məşqçi hesab edir ki, bu mərhələdə geri dönmək üçün tam uyğun vaxt deyil.

Cerrard və “Reyncers” arasında aparılan danışıqların pozitiv keçdiyi, hər iki tərəfin gələcək əməkdaşlıq üçün qapıları açıq saxladığı bildirilir.

Xatırladaq ki, Stiven Cerrard 2018–2021-ci illərdə “Reyncers” klubunu çalışdırıb.

Link kopyalandı!
Son xəbərlər