Çarlz Oliveyra UFC rekordunu yeniləyib
İdman
1059
15:29, Bu gün

Çarlz Oliveyra UFC rekordunu yeniləyib

Braziliyalı MMA döyüşçüsü Çarlz Oliveyra UFC-nin Rio-de-Janeyro turnirində Mateuş Qamrotla görüşün ikinci raundunda boğma fəndi tətbiq edərək qalib gəldikdən sonra 50 min dollar məbləğində "Gecənin çıxışı" bonusuna layiq görülüb.

Moderator.az bu barədə "Sport24" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, bununla da Oliveyra turnir bonuslarının ümumi sayı (21) üzrə və "Gecənin çıxışı" bonuslarının sayı (14) üzrə UFC rekordunu yeniləyib.

Qələbə, həmçinin ona erkən qələbələrin (21) və rəqibin təslim olması ilə əldə edilən qələbələrin (17) sayında öz rekordlarını yaxşılaşdırmağa imkan verib.

Link kopyalandı!
Son xəbərlər