18:12
0°C
Bakı
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirə bilər.
Moderator.az "La Gazzetta della Sport"a istinadən xəbər verir ki, "Roma" qış transfer dönəmində hücumçunu icarəyə götürmək istəyir.
Bildirilir ki, niderlandlı forvard oktyabrdakı matçlar üçün yığmaya çağırılmadıqdan sonra agentindən ona yeni klub tapmağı xahiş edib.
Qeyd edək ki, Coşua Zirkzee cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 4 matçda meydanda olub. Onun klubla 2029-cu ilin yayınadək müqaviləsi var.