16:29
0°C
Bakı
"İnter Mayami"də çıxış edən Lionel Messi MLS müntəzəm çempionatının tarixində mövsümün doqquz oyununda azı iki qol vuran ilk futbolçu ünvanını qazanıb.
Moderator.az MLS-in rəsmi saytına istinadən xəbər verir ki, cari müntəzəm çempionatda 38 yaşlı argentinalının hesabında doqquz dubl var.
O, mövsümün 27 qarşılaşmasında 26 qol vurub və MLS-in bombardirlər yarışına liderlik edir.
Həmçinin Messi 15 məhsuldar ötürmə ilə də fərqlənib.