İdman
802
10:20, Bu gün

"İnter Mayami" dörd cavabsız qolla "Atlanta United"i məğlub edib

"İnter Mayami" MLS çərçivəsində keçirilən matçda "Atlanta United"i 4:0 hesabı ilə məğlub edib.

Moderator.az-ın məlumatına görə, görüş Fort-Loderdeyldə "Çeyz" stadionunda keçirilib.

Qaliblər adına vaxtilə İspaniyanın "Barselona" klubunda birlikdə çıxış edən Lionel Messi, Cordi Alba və Luis Suares qol vurublar. Həmçinin Messinin hesabında bir məhsuldar ötürmə də var.

MLS-də növbəti matçda "İnter Mayami" "Neşvill" ilə qarşılaşacaq, "Atlanta" isə "DC United" ilə oynayacaq. Qarşılaşmalar oktyabrın 19-da keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər