Milli komanda baş məşqçilərinin məvacibləri AÇIQLANDI
İdman
806
11 Oct 2025 | 20:30

Milli komanda baş məşqçilərinin məvacibləri AÇIQLANDI

Argentina millisinə Dünya Kubokunu qazandıran baş məşqçisi Lionel Skaloni illik təxminən 2,3 milyon avro maaş alır.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Braziliya millisinə rəhbərlik edən təcrübəli Karlo Ançelotti isə ildə 9,5 milyon avro qazanır.

İki baş məşqçinin məvacibi arasında tam dörd dəfə fərq var.

Qeyd edək ki, məhz Ançelotti dünyanın ən çox maaş alan milli komanda çalışdırıcısı tituluna sahibdir. Onun şəxsi təyyarədən istifadə etmək hüququ olduğu və 2026-cı il Dünya Kubokunu qazanacağı təqdirdə 5 milyon avro mükafat alacağı bildirilir.

Son məlumatlara görə, hazırda ən çox maaş alan milli komanda baş məşqçiləri aşağıdakılardır:

Karlo Ançelotti (Braziliya) - ildə təxminən 9,5 milyon avro;

Tomas Tuxel (İngiltərə) - 5,9 milyon avro;

Maurisio Poçettino (ABŞ) - 5,3 milyon avro;

Yulian Nagelsmann (Almaniya) - 4,9 milyon avro;

Roberto Martinez (Portuqaliya) - 4 milyon avro;

Didye Deşam (Fransa) - 3,8 milyon avro;

Marselo Bielsa (Uruqvay) - 3,5 milyon avro;

Rikardo Qareka (Çili) - 3,3 milyon avro;

Ronald Kuman (Niderland) - 3 milyon avro;

Luçiano Spalletti (İtaliya) - 2,8 milyon avro.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər