22:07
0°C
Bakı
Barselona” müdafiəni gücləndirməkdə qərarlıdır.
Moderator.az “Diario Sport”a istinadən xəbər verir ki, klubun idman direktoru Deku, namizədlərdən biri kimi “Nant”ın 17 yaşlı futbolçusu Tilel Tati hədəfləyib.
17 yaşlı, 190 santimetrlik müdafiəçi İspaniya çempionu da daxil olmaqla, bir çox klubun skautları tərəfindən izlənilir.
Fransız hazırkı komandası ilə mövsümü başa vurmaq istəyir və yayda təklifləri dinləyə bilər.
“Barselona” həmçinin Niko Şlotterbek (“Borussiya” Dortmund) və Qonkalo İnasionu (“Sportinq”) transfer etməyi düşünür.
Qeyd olunur ki, kataloniyalılar müdafiəçini yayda almağı planlaşdırsalar da, lazım gələrsə, bunu yanvarda etməyə cəhd göstərə bilərlər.