Azərbaycan millisi Özbəkistanda hazırlıq keçəcək
İdman
1049
15:45, Bu gün

Azərbaycan millisi Özbəkistanda hazırlıq keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışı keçəcək.
 
Azərbaycan Boks Federasiyasından Moderator.az-a verilən məlumata görə, komanda baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Daşkənddə hazırlığa qatılacaq.
 
Oktyabrın 12-dən başlayacaq toplanışda Zəlimxan Süleymanov (55 kq), Maqsud Xasmetov, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (75 kq) iştirak edəcəklər. Özbəkistanda məşqlər oktyabrın 26-da yekunlaşacaq.
 
Daşkənd toplanışında Azərbaycan millisi Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan yığmaları, həmçinin Rusiyanın 2 heyəti ilə məşq keçəcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də nəzərdə tutulub.
Link kopyalandı!
Son xəbərlər