Azərbaycanın U-17 yığması ikinci oyununa çıxır
İdman
717
13:26, Bu gün

Azərbaycanın U-17 yığması ikinci oyununa çıxır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
 
“Park de Sport” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
 
Matçı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
 
Link kopyalandı!
Son xəbərlər